Sosial şəbəkələrdə bir zamanlar “Space TV”də yayımlanan “Banu” verilişinin aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.
“Yeni Sabah” xəbər verir ki, "manset.az" saytı hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əlaqə saxlayıb.
"Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəqin mənim ad soyadım eynidir. Ölən hər kimdirsə, Allah rəhmət eləsin. Narahat olanlara da demək istəyirəm ki, Allah razı olsun məni unutmamısınız, axtarırsınız, narahatsınız. Allaha əmanət olun", - Günel bildirib. Marqarita pizza
Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə köçüb.
Telegram kanalımız