“Barışmaq təklifimi rədd edincə silahla vurdum” - Türkiyədə arvadını öldürən azərbaycanlı

saytların hazırlanması

Evə çatdırılma

“Barışmaq təklifimi rədd edincə silahla vurdum” - Türkiyədə arvadını öldürən azərbaycanlı

Kriminal

22 Aprel 2022 20:38 491


Trabzonda Elvin Umayev adlı azərbaycanlı şəxs boşanma ərəfəsində  olan həyat yoldaşı ilə əkiz övladlarının taleyini müzakirə etmək üçün parkda görüşüb. 

Yenisabah.az xəbər verir ki, Elvin Umayev tapança ilə Turanə Umayevin başına bir dəfə atəş açıb. Xəsarət alan həyat yoldaşı hadisə yerində ölüb, Elvin Umayev isə polis tərəfindən saxlanılıb. E.Umayev həyat yoldaşının onun barışmaq təklifini rədd etməsindən sonra özünə hakim ola bilmədiyini və qadını öldürdüyünü bildirib. 

Təxminən üç aydır ki, Türkiyəyə gəldiyini və Rizə şəhərində bacısıgildə yaşadığını deyən Umayev həyat yoldaşıyla barışmaq niyyətində olduğunu bildirib: Dördpendirli pizza

“Daha öncə 8-9 dəfə görüşdük. Hər səfərində də barışmaq üçün təkliflər etdim, amma təklifimi qəbul etmədi. Bu dəfə də parkda görüşdük. Yenə də söhbət edib onu yola gətirməyə çalışdım. Uşaqlarım məni görmək istəyir dedim. Ailəmi yenidən qurmaq istədim. Cavabında isə həyat yoldaşım Turanə Umayeva təklifimi rədd edincə əsəbiləşdim və silahla başından vurdum”. 

Qeyd edək ki, iki uşaq anası Turanə Umayevanın  cənazəsi ekspertizadan sonra Azərbaycana göndəriləcək. Həmçinin Umayevin 10 il əvvəl Azərbaycanda həbsxanaya düşdüyü, 4 ay öncə isə azadlığa çıxdığı bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!