"Barselona" futbolçuların ödənişlərində qaydaları pozduğuna görə 15.7 milyon avro cərimələnib.
Yenisabah.az "El Confidencial"a istinadən xəbəe verir ki, İspaniyanın vergi idarəsi klub tərəfindən iddia edilən qanun pozuntuları ilə bağlı araşdırmanı yekunlaşdırıb və ona maliyyə cəriməsi kəsib.
Bu pozuntular "Audi" avtomobillərinin komanda üzvlərinə verilməsi, oyunçulara çarter reyslərinin ödənilməsi barədə məlumatların verilməməsi, Arda Turan (1 milyon 312 min500 avro) və Aleksandr Sonqun klubdan ayrıldıdan sonra(3 milyon 5 min avro) aldıqları təzminatın düzgün uçota alınmaması ilə bağlıdır. pizza mizza
İstintaq 2019-cu ildə başlayıb. Avtomobillərə gəldikdə, vergi müfəttişləri bunun oyunçular üçün elan edilməmiş bir mükafat forması olub-olmadığını yoxlayıblar. Eyni şey çarter reyslərinə də aiddir.
Ödəniş pozuntuları aşkar edilən klub 15.7 milyon avro cərimə ödəyəcək.
Telegram kanalımız