"Barselona"nın bu qış transfer pəncərəsinin sonunadək yeni futbolçu almaq üçün ayırdığı məbləğ məlum olub.
Yenisabah.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Kataloniya klubu yeni tranferə təxminən 10 milyon avro xərcləyə biləcək.
"Barselona" bu məsələdə çox da optimist deyil. Lakin baş məşqç Xavi yeni futbolçu alınmasının tərəfdarıdır.
"Barselona" çətin maliyyə vəziyyətini nəzərə alaraq, futbolçu almağı yox, icarəyə götürməyi düşünür.
Telegram kanalımız