“Barselona“dan Ukraynaya dəstək: “Sığınacaq istəyənlərə kömək edəcəyik“

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“dan Ukraynaya dəstək: “Sığınacaq istəyənlərə kömək edəcəyik“

İdman

04 Mart 2022 12:20 1444


"Barselona"nın prezidenti Joan Laporta Ukraynaya dəstək olub.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun sosial media hesablarında paylaşım edilib.

Laporda video vasitəsi ilə "Barselona"nın İspaniyaya gələn ukraynalılara kömək edəcəyini bildirib: Dördpendirli pizza

"Barselona" adından bütün ukraynalılara dəstəyimizi və həmrəyliyimizi nümayiş etdirmək istəyirəm. Ukraynaya səfər etmək fürsətimiz olanda klubumuzun azarkeşlərinin böyük dəstəyini görürdük. Kiyevdəki rəsmi fanklubumuzun çoxlu üzvü var. Onlar "Barselona"nın dəyərlərini təmsil edir.

Cəmiyyətimizdə klubun tarixini genişləndirməyə kömək edən çoxlu ukraynalı idmançılar da var. Onların və ədalətsiz müharibənin dəhşətindən əziyyət çəkən bütün insanlar bilirlər ki, biz sizinləyik. Ölkəmizdən sığınacaq istəməyə gələn ukraynalılara kömək edəcəyik. Ukraynalılar, "Barselona" sizinlədir. Müharibəni dayandırın”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!