“Barselona“nın futbolçusu beyin silkələnməsi keçirib

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“nın futbolçusu beyin silkələnməsi keçirib

İdman

11 May 2022 17:45 200


"Barselona"nın ötən gecə "Selta" ilə matçda (3:1) zədələnən futbolçusu Ronald Arauxonun durumuna aydınlıq gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçinin beyin silkələnməsi keçirdiyi bildirilib. O, ötən gecə xəstəxanaya yerləşdirilsə də, bu gün evə buraxılıb.

Xatırladaq ki, görüşün ikinci hissəsində Arauxo komanda yoldaşı Qavi ilə toqquşub. Futbolçu huşunu itirib və təcili yardım maşını ilə meydandan aparılıb.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!