“Barselona“nın prezidenti: “Messini qaytarmaq üçün əlimizdən gələni edəcəyik“

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“nın prezidenti: “Messini qaytarmaq üçün əlimizdən gələni edəcəyik“

İdman

15 May 2023 13:31 879


"Barselona"nın prezidenti Joan Laporta Lionel Messinin (PSJ) "Barselona"ya mümkün qayıdışından növbəti dəfə danışıb. 

Yenisabah.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bunun üçün əllərindən gələni edəcəklərini deyib:

"Messini "Barselona"ya qaytarmaq üçün əlimizdən gələni edəcəyik . Artıq gələn il üçün heyət üzərində işləyirik. Ümid edirik ki, komandanı gücləndirə biləcəyik. Marqarita pizza

Maliyyə feyr-pley qaydalarına riayət olunmasını təmin etməyə görə klubda qənaət planımız var. Bu, komandanı təkmilləşdirməyə imkan verəcək. Gələn mövsüm daha da rəqabətədavamlı komandaya sahib olmaq üçün tapşırıqlarımızı yerinə yetiririk”.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"nın formasını geyinib. O, 2021-ci ilin yayında PSJ-yə keçib. 35 yaşlı hücumçunun bu klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. Tərəflər müqaviləni yeniləmək üçün razılaşa bilməyiblər. Buna görə də Messinin "Barselona"ya qayıdacağı gözlənilir. Argentinalı forvarda Səudiyyə Ərəbistanı klublarından təkliflər də var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!