“Barselona“ya çempionluq üçün iki xal lazımdır

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ya çempionluq üçün iki xal lazımdır

İdman

03 May 2023 10:32 816


"Barselona"ya La Liqanı qazanmaq üçün iki xal lazımdır. 

Yenisabah.az xəbər veir ki, bu, "Real"ın 33-cü turda "Real Sosyedad"a 0:2 hesabı ilə uduzmasından sonra məlum olub. 

Kataloniya təmsilçisi 33 oyundan sonra 82 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci yerdəki Madrid klubunun 33 oyundan sonra 68 xalı var. Komandalar çempionatda hələ beş oyun keçirməlidir.  pizza mizza

"Real" qalan bütün matçlarda qalib gəlsə, mövsümün sonuna qədər toplaya biləcəyi maksimum xal sayı 83-dür. 

Beləliklə, Xavinin komandası çempionluq titulunu qazanmaq üçün iki xal qazanmalıdır. Xallar bərabər olduğu halda, üstünlüyü “Real” əldə edəcək. 

"Barselona" La Liqada növbəti oyununu mayın 14-ü  səfərdə "Espanyol"la keçirəcək. Komanda bu matçda qalib gəlsə, çempionluğu rəsmiləşdirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!