“Barselona”ya qol vuran ilk azərbaycanlıyam” - Rəcəb Fərəczadə

saytların hazırlanması

Evə çatdırılma

“Barselona”ya qol vuran ilk azərbaycanlıyam” - Rəcəb Fərəczadə

İdman

09 Yanvar 2023 12:18 1036


"UEFA kuboku çərçivəsində 2011-ci ildə “Araz-Naxçıvan”la “Barselona”ya qarşı keçirdiyimiz görüşü yaddan çıxarmaq olmaz. İspaniyada onlara qarşı 2:2 hesablı heç-heçə etmişdik və qollardan birini mən vurmuşdum".

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandası və “Araz-Naxçıvan” klubunun keçmiş oyunçusu Rəcəb Fərəczadə Futzal Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

Karyerasında ən unudulmaz oyunu haqda danışan Fərəczadə 2010-ci ildə "Barselona" ilə keçirilən görüşdən bəhs edib: "Hətta baş məşqçimiz bu cür oynayacağımızı gözləmirdi. Yeri gəlmişkən, “Barselona”ya qol vuran ilk azərbaycanlıyam (gülür). Sloveniya millisi ilə AÇ-2014-ün final mərhələsində keçirdiyimiz oyun  haqda da danışmaq istərdim. 1:5 hesabı ilə yenuk durumda idik, amma yekunda 7:6 hesablı qələbə qazandıq. Bunlar yaxşı mənada seçilən oyunlarımızdı. Amma nəticəsinə görə təəssüfləndiyimiz görüşlər də olub. 2008-ci ildə dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda oyunda Çexiya yığmasından son saniyələrdə buraxdığımız qol bizi məyus etdi. Halbuki oyun heç-heçə başa çatsaydı, birbaşa DÇ-nin final mərhələsinə yollanacaqdıq".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!