Baş katib: Ermənistan KTMT-nin müttəfiqidir

saytların hazırlanması

Evə çatdırılma

Baş katib: Ermənistan KTMT-nin müttəfiqidir

Rəsmi

27 Noyabr 2023 11:39 1446


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və müttəfiq olaraq qalır.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

O əlavə edib: "İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur". Dördpendirli pizza

“Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyır”, - deyə baş katib sözünə davam edib. - İstənilən halda, bu, müstəqil və suveren dövlətin qərarıdır ki, heç bir dövlət və ya təşkilat ona təsir edə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!