Baş məşqçi ukraynapərəst olmadığına görə işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçi ukraynapərəst olmadığına görə işdən qovuldu

İdman

09 İyun 2022 12:48 966


Krivoy Roq (Ukrayna) şəhərinin "Krivbas" futbol klubu gənclərdən ibarət komandasının baş məşqçisi Vitali Vitsenetsi ukraynapərəst mövqe tutmadığına görə istefaya göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı bəyanat yayıb. Eyni səbəbdən baş məşqçinin köməkçisi Stanislav Dyaçenkonun da qovulduğu bildirilib:

“Krivbas" aydın və birmənalı Ukraynayönlü mövqeyə malikdir. Ukrayna suveren müstəqil dövlətdir. Baş verənlərə fərqli baxış klub üçün qəbuledilməzdir. "Krivbas" üçün başqa mövqe yoxdur. Klub buna göz yumub, heç kimə haqq qazandırmayacaq. Əminik ki, fərqli fikirdə olanlar üçün “Krivbas” adlı böyük ailədə yer yoxdur. Bunu nəzərə alaraq, "Krivbas" U-19 komandasının baş məşqçisi Vitali Vitsenets və onun köməkçisi Stanislav Dyaçenko ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Yaşasın Ukrayna!" Marqarita pizza

Xatırladaq ki, Vitali Vitsenets futbolçu karyerası ərzində Donetsk “Şaxtyor”u, “Zorya Luqansk”, “Mariupol” və “Sevastopol”da çıxış edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!