Baş məşqçisi Mahir haqda danışdı: “Sağlamdır, peyvənd olunub...“

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçisi Mahir haqda danışdı: “Sağlamdır, peyvənd olunub...“

İdman

15 Oktyabr 2021 17:37 941


Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi  "Legiya" Polşa çempionatının 11-ci turunda “Lex”in (Poznan) qonağı olacaq.

Yenisabah.az xəbər verir ki, komandanın baş məşqçisi Çeslav Mixneviç  görüşdən əvvəl mətbuat konfransı keçirib.

Mahir Emrelinin durumu haqqında da danışan 51 yaşlı mütəxəssis deyib: "Emreli sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib və "Lex"ə qarşı oynaya bilər. Düşünürəm ki, yaxşı oyun göstərəcək". pizza mizza

Baş məşqçi qarşıdakı görüşdə qələbənin əhəmiyyətini belə izah edib: "Ekstraklasada xallara oksigen kimi ehtiyacımız var. Vəziyyətin necə olduğunu bilirik, bir neçə oyunda məğlub olduq. Harada olduğumuzun da fərqindəyik. Rəqib mövsümə yaxşı başlayıb. Bizi maraqlı oyun gözləyir".

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!