Baş nazir  barəsində istintaq başladıldı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir barəsində istintaq başladıldı

Dünya

29 Yanvar 2025 09:46 217


İtaliyanın Baş naziri Ciorcia Meloni barəsində istintaq başladılıb.

Yenisabah.az xəbər verir ki, Ciorcia Meloni sosial media hesabında paylaşdığı videoda dövlət ittihamçısı tərəfindən imzalanmış istintaq bildiriş aldığını deyib.

“Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilən liviyalı səhra komandiri İtaliyada saxlanıldıqdan sonra sərbəst buraxılaraq ölkəsinə göndərildiyi üçün prokurorluq mənim barəmdə məhkəmə istintaqına başlayıb. Liviya vətəndaşı Nacim Üsema Əlmasri Habişin keçən həftə azadlığa buraxılması və repatriasiyası ilə əlaqədar cinayət köməklik etmək və dövlət resurslardan sui-istifadə etmək iddiası ilə istintaq bildirişi almışam”, - deyə Ciorcia Meloni qeyd edib. Toyuqlu pizza

Baş nazir oxşar istintaq bildirişlərinin daxili işlər naziri Matteo Piantedosiyə, ədliyyə naziri Karlo Nordioya və dövlət katibinin kəşfiyyat üzrə müşaviri Alfredo Mantovanoya da göndərildiyini bildirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!