Baş Nazir elektrik enerjisi ilə bağlı qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazir elektrik enerjisi ilə bağlı qərar imzaladı

Sosial

10 İyun 2020 18:46 1332


Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Yenisabah.az xəbər verirki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir.  Toyuqlu pizza

Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir.

Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!