Danimarkanın keçmiş Baş naziri Helle Torninq-Şmidt keçmiş Fransa lideri Jiskar d'Estenin təcavüzünə məruz qaldığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, hadisə 2002-2003-cü illərdə Fransanın Kopenhagendəki səfirliyində nahar zamanı baş verib.
Fransa prezidenti baş nazirin buduna toxunub. “Bu gün buna cinsi təcavüz kimi baxılır. Amma o vaxtlar belə deyildi. Fərqli bir vaxt idi, amma bu, məni çox əsəbiləşdirdi”, - deyə Torninq-Şmidt açıqlayıb. Sezar pizza
Qeyd edək ki, adı bir çox təcavüz iddiaları ilə hallanan Jiskar d'Esten keçən il dünyasını dəyişib.
Telegram kanalımız