Baş Nazirdən TƏBİB ilə bağlı vacib qərar

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazirdən TƏBİB ilə bağlı vacib qərar

Sağlamlıq

14 May 2020 19:45 1147


Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) adı dəyişdirilərək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” olub. pizza

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısında da dəyişiklik edilib. Belə ki, TƏBİB-in elmi tədqiqat institutları sırasından B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu çıxarılıb. 

Onun əvəzində isə siyahıya “Milli Hematologiya və Transfuziologiya Mərkəzi“ daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!