“Baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil“ - Kamran Əsədov

saytların hazırlanması

Evə çatdırılma

“Baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil“ - Kamran Əsədov

Sosial

07 İyul 2020 20:07 1718


Təhsil eksperti Kamran Əsədov Baş Nazir Əli Əsədovun bu gün təhsil haqqı ilə bağlı imzaladığı qərarı şərh edib.

Yenisabah.az xəbər verir ki, ekspert bildirib ki, qərar təhsil haqlarının artırılması demək deyil:

"Dostlar, baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil. Təhsil haqları o qədər artırılmır. Qeyd olunan məbləğ break-even point (zərərsizlik nöqtəsi) və ya adambaşına düşən təhsil xərcidir". Marqarita pizza

"Misal üçün, keçən il eyni cədvəldə Heykəltəraşlıq 6000 manat idi, amma abituriyent 4 jurnalında 2500 manat idi. Və ya 2019-cu ildə eyni cədvəldə dirijorluq 3900 manat idisə, abituriyent 4 jurnalında 2000 manat idi. Və ya Müalicə işi müvafiq cədvəldə 5400 manat idisə, abituriyent jurnalında 4500 manat idi.

Bir də yazım, baş nazirin bu günkü qərarı təhsil haqqının artırılması demək deyil", - deyə Kamran Əsədov izah edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!