Baş Prokurorluq Tərtər sakininin minaya düşməsi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq Tərtər sakininin minaya düşməsi ilə bağlı məlumat yaydı

Hadisə

18 Aprel 2023 18:22 803


Borsunlu sakininin minaya düşməsi ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, aprelin 18-də Tərtər rayonunun Borsunlu kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb. pizza sifarişi

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxsləq olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!