Baş Prokurorluqdan   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Hadisə

03 Dekabr 2025 15:20 472


Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilən əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub.

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluqdan məlumat verilib. 

Qurum bildirir ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. pizza

"Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər", - Baş Prokurorluqdan qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!