Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb.
Yenisabah.az xəbər verir ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir. Bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də təchizatın varlığı yoxlanılır.
Hərbi hissələrdə şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Pepperoni pizza
Telegram kanalımız