Baş Qərargah rəisləri regional təhlükəsizliyi müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Baş Qərargah rəisləri regional təhlükəsizliyi müzakirə etdilər

Dünya

17 Oktyabr 2024 14:20 537


Vaşinqtonda səfərdə olan Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryanla ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braunla görüşüb.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd ediblər. Pepperoni pizza

Çarlz Braun bildirib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatları prosesinə dəstəyini davam etdirəcək.

Eyni zamanda, görüşdə birgə tədbirlərin davam etdirilməsinin vacibliyi müzakirə olunub və regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!