“Başakşehir”dən “Legiya”ya yeni təklif   - 750 000 min avro

saytların hazırlanması

Evə çatdırılma

“Başakşehir”dən “Legiya”ya yeni təklif - 750 000 min avro

İdman

26 Yanvar 2022 19:41 1009


Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferi ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.

Yenisabah.az xəbər verir ki, təkliflə bağlı türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün tviter səhifəsində paylaşım edib. Jurnalistin paylaşımına görə, "Başakşehir" Varşava klubuna 750 000 avro təklif edib.

Daha əvvəl Türkiyə mətbuatı "Başakşehir"in 25 yaşlı hücumçu ilə anlaşdığını yazıb. pizza mizza

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!