Başına 5 milyon dollar qoyulan terroçu Kabildə ortaya çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Başına 5 milyon dollar qoyulan terroçu Kabildə ortaya çıxdı

Dünya

21 Avqust 2021 16:48 1997


ABŞ-ın ən çox axtardığı terrorçulardan biri olan və başına 5 milyon dollar mükafat qoyulan “Taliban” liderlərindən Xəlil Haqqani Kabildə ortaya çıxıb.

Yenisabah.az xəbər verir ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra təşkilatın bəzi liderləri ortaya çıxmağa başlayıb.

Onların içərisində ABŞ kəşfiyyatının axtardığı və başına 5 milyon dollar mükafat qoyduğu Xəlil Haqqani də var. pizza mizza

ABŞ Əl-Qaidə ilə bağlantısı olmasından şübhələndiyi Haqqanini uzun illərdir axtarır.

Qeyd edək ki, Haqqaninin Kabildə xalqa xitab edərkən və tərəfdarlarını cümə namazı qıldırarkən görüntüləri yayılıb.

Qeyd edək ki, Kabildə “Taliban”a aidiyyəti olmayan keçmiş hökumət nümayəndələri ilə görüşləri də Xəlil Haqqani keçirib. Onun böyük qardaşı Siracəddin Haqqani “Taliban”ın ilk 4 liderindən biridir./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!