Misirdə “Əl-Əhli” və “Əl-İttihad” komandaları arasında basketbol üzrə Misir Superkuboku matçı zamanı tribuna uçub.
Yenisabah.az “əl-Arabiyya”ya istinadla xəbər verir ki, nəticədə 27 nəfər xəsarət alıb.
Misir Səhiyyə Nazirliyinümayəndəsi bildirib ki, zərərçəkənlərdə daha çox sınıq və həyati təhlükəsi olmayan yaralar olub.
Stend dağıldıqdan sonra matç dayandırılıb.
Azarkeşlər matçın ləğvini tələb ediblər, lakin bu barədə rəsmi açıqlama verilməyib.
Telegram kanalımız