“Başqası olsaydı Ukraynanı ruslara verərdi” - Məşhur müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Başqası olsaydı Ukraynanı ruslara verərdi” - Məşhur müğənni

Şou

15 Aprel 2022 15:18 1788


Müharibə zamanı qızı Zlata ilə Kiyevdən Lvov vilayətinə köçən ukraynalı müğənni Natalka Karpa prezident Vladimir Zelenski ilə söhbətindən danışıb.

Karpanın sözlərinə görə, onlar, Zelenski prezident olmadan çox-çox əvvəl tanış olub, “Kvartal 95” studiyasında birgə çıxış ediblər. O, əlavə edib ki, Ukrayna prezidenti çox güclü insandır, ona görə də ona heç vaxt şübhə etməyib.

Yenisabah.az xəbər verir ki, Karpa bunu, Kanal 24-ə müsahibəsində bildirib. pizza mizza

"Ölkəmin prezidenti ilə fəxr edirəm və Allaha şükür edirəm ki, belə çətin anda bizə xeyir-dua verib. Bəlkə də Zelenskinin yerində başqası olsaydı, Ukraynanı çoxdan ruslara verərdi. Biz isə hara qaçacağımızı bilməzdik. Mən inanıram ki, Volodimir Zelenski Donbass və Krımı qaytaracaq. Bəli, asan olmayacaq, amma mən ona inanıram", - deyə Karpa  müsahibəsində bildirib.

Müğənni əlavə edib ki, Zelenski ilə fəxr edir. “Bütün yorğunluğa baxmayaraq, o, Ukraynanın azadlığı və müstəqilliyi uğrunda, hər bir ukraynalının həyatı üçün mübarizəni davam etdirir”.

"Güclü və qüdrətli dövlətin hekayəsini yazırıq. Bu, öz dəyərini bilən, müstəqil olan, Putinin əlindən qurtulan, qürurla başını qaldıran 30 yaşlı gözəl bir qızdır. Hər gün kiçik damcılarla biz ölkəni qələbəyə yaxınlaşdırırıq. Biz qalib gələcəyik”, - deyə sənətçi əlavə edib.

Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!