Batumidə bina çökməsi qurbanlarının sayı dördə yüksəlib

saytların hazırlanması

Evə çatdırılma

Batumidə bina çökməsi qurbanlarının sayı dördə yüksəlib

Hadisə

09 Oktyabr 2021 07:24 947


Gürcüstanın Batumi şəhərində çökən binanın dağıntıları altından çıxarılan meyitlərin sayı dördə çatıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib. Məlumata əsasən, həlak olanlardan biri uşaqdır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, Batumidə 70-ci illərin sonlarında inşa edilən beş mərtəbəli bina, oktyabrın 8-də günorta saatlarında çöküb. Binada 12 mənzili olub.

Gürcüstan Daxili İşlər Nazirliyi Batuminin 26 May küçəsindəki 13 nömrəli evin çökməsi ilə bağlı cinayət işi açıb. İstintaq "bir şəxsin ölümü və ya digər ağır nəticələrlə nəticələnən mədənçilik, tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi ilə aparılır ki, buna görə 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur. pizza sifarişi

Təsdiq edilməmiş məlumatlara əsasən, birinci mərtəbədəki ticarət sahəsinin sahibi binanın zirzəmisini birinci mərtəbə ilə birləşdirmək məqsədi ilə daşıyıcı divarı sökdüyünə görə polisə sorğu-sual üçün çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!