"Bavariya" futbolçusu Erik Şupo-Motinqlə müqaviləni uzatmağa hazırlaşır.
Yenisabah.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 33 yaşlı hücumçunun hazırkı sözləşməsi cari mövsümün sonuna qədərdir. Münhen təmsilçisi isə Erikin müqaviləsini 2024-cü ili yayınadək uzatmağa hazırlaşır. Yeni müqaviləyə əsasən, forvardın maaşı da ikiqat artacaq. O, indi illik 5 milyon avro qazanır. Şupo-Motinqin yeni maaşı isə illik 10 milyon avro olacaq.
Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliqada 16 oyunda 9 qol vurub və 2 qolun ötürməsini verib. Marqarita pizza
Telegram kanalımız