"Bavariya" futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Münhen təmsilçisi buna sonuncu turda "Köln"ü 4:0 hesabı ilə darmadağın etməklə nail olub. Pepperoni pizza
Yulian Nagelsmanın komandası ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.
Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.
Telegram kanalımız