“Bavariya“ Ronaldonu almaqdan vaz keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Bavariya“ Ronaldonu almaqdan vaz keçdi

İdman

06 Oktyabr 2022 17:11 1112


"Bavariya"nın baş direktoru Oliver Kan Münhen klubunun bu yay "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu heyətinə qatmağı düşündüklərini təsdiqləyib.

Yenisabah.az "Bild"ə istinadən xəbər verir ki, o, sonra bu transfer fikrindən daşındıqlarını bildirib: "Biz Ronaldonun "Bavariya"ya keçmə ehtimalını qısaca müzakirə etdik. Yəqin ki "Borussiya" Dortmundda da eyni şeyi etdilər.  Təbii ki  Ronaldo kimi superulduzlar liqaya diqqəti cəlb edən mühüm amildir. O, son onilliyin ən böyük oyunçularından biridir. Lakin biz onu transfer etmək fikrindən tez daşındıq".

Xatırladaq ki, 37 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 8 oyun keçirib və cəmi 1 qol vurub.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!