Kuba ABŞ-nin növbəti sanksiya hədəfinə çevrilib.
Yenisabah.az xəbər verir ki, bu barədə açıqlama verən ABŞ prezidenti Cozef Bayden sanksiyaya səbəb olaraq ölkədə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsini göstərib.
Ağ Evin rəhbəri Kuba diasporunun nümayəndələri ilə görüşü zamanı sanksiyaların Kubada radikal dəyişikliklər edilməyəcəyi təqdirdə daha da genişləndiriləcəyini vurğulayıb. Daha sonra isə bu dəyişikliklərin olacağını gözləmədiyini bildirib. Marqarita pizza
Co Bayden Kuba xalqının dövlətdən çəkinmədən ölkədə baş verənlərə münasibət bildirə bilməsi üçün lazımi addımların atıldığını diqqətə çatdırıb. O, bir ay ərzində “Kuba xalqına göndərilən yardımın yüksək səviyyədə çatdırılması” ilə bağlı tövsiyələrin hazırlanması üçün Dövlət Departamenti və Maliyyə Nazirliyinə tapşırıqlar verildiyini də qeyd edib.
Telegram kanalımız