"Bayden "Taliban" qarşısında diz çökdü".
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, administarsiya Əfqanıstandakı bütün mövqelərini "Taliban"a təslim edib. Pepperoni pizza
"Taliban" siyasi bürosunun rəhbər Əbdülqəni Bəradər ilə əlaqələrim var idi, o lider idi. Dedim ki, Əbdül, bir şey olsa, aqibətin çox qorxunc olacaq... Onlar yaxşı döyüşçülərdir. Amma onlarla yaxşı münasibətim var idi".
Tramp bunu Alabama əyalətində tərəfdarlarının mitinqində deyib.
Eks-prezidentin Molla Əbdülqəni Bəradərlə təmasları 2020-ci ilin mart ayının əvvəllərində baş tutub.
"Onlara dedim ki, müqavilə bağlamaq üçün şərtlər var. İlk ikisi ilə razılaşmadılar, sonra şərtləri qəbul etdilər", - deyən Tramp prezident seçkilərində məğlub olması ilə müqavilənin əngəlləndiyini iddia edib.
Tramp dünyanın ABŞ-dan məyus olduğunu söyləyib: "Hamı bizə baxır və deyir ki, görəsən, ABŞ- nə oldu? İnana bilmirlər".
Telegram kanalımız