Bayden Trampla bağlı tapşırıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden Trampla bağlı tapşırıq verdi

Dünya

12 Oktyabr 2024 09:29 752


Donald Trampın həyatına hər hansı qəsd cəhdini Vaşinqton müharibə elanı kimi qiymətləndiriləcək.

Yenisabah.az The Washington Post-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

O, Milli Təhlükəsizlik Şurasına İrana bu mesajı çatdırmağı tapşırıb. pizza sifarişi

Şuranın sözçüsü Şon Savett bildirib: "İran ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslər də daxil olmaqla, vətəndaşlarımızdan hər hansı birinə hücum edərsə, İran ciddi nəticələrlə üzləşəcək".

O, Baydenin Trampı qorumağa “bütün resursları” yönəltdiyini və kəşfiyyat orqanlarına ABŞ-ın keçmiş prezidentinə və onun təhlükəsizlik xidmətinə təhdidlər haqqında məlumat vermək tapşırıldığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!