Bayden və Papa sülhdən danışdılar

saytların hazırlanması

Evə çatdırılma

Bayden və Papa sülhdən danışdılar

Dünya

20 Dekabr 2024 10:42 306


ABŞ prezidenti Co Bayden və Papa Fransisk telefon danışığında sülhü təşviq etmək səylərini müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.

O, Bayden və Papa Fransiskin "bayramlar zamanı dünyada sülhü təşviq etmək səyləri" haqqında danışdıqlarını bildirib: Dominos pizza

“Prezident dünyada iztirabların azaldılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində gördüyü işlərə görə Papaya minnətdarlığını bildirib”.

Bayden, həmçinin pontifikin gələn ay Vatikana səfər etmək dəvətini qəbul edib. Ağ Ev dekabrın 19-da Baydenin 9-12 yanvar tarixlərində Romaya səfər edəcəyini, İtaliyanın baş naziri Corcia Meloni, eləcə də Papa ilə görüşəcəyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!