Baydenin xilaskarı indi ondan kömək umur - Əfqanıstan dramı

saytların hazırlanması

Evə çatdırılma

Baydenin xilaskarı indi ondan kömək umur - Əfqanıstan dramı

Dünya

01 Sentyabr 2021 15:36 930


2008-ci ildə Əfqanıstanda Co Baydenin xilasına kömək edən bir əfqan tərcüməçi indi Ağ Ev sahibini Əfqanıstanı tərk etməsində ona kömək etməyə çağırıb.

Yenisabah.az "The Wall Street Journal"a istinadla xəbər verir ki, 36 yaşlı Məhəmməd (soyad açıqlanmır) ABŞ Hərbi Hava Qüvvələrinin 82-ci birləşməsinin tərcüməçisi kimi 2008-ci ildə o vaxtkı senator Co Bayden və Dövlət Departamenti katibi Con Kerrinin xilaskarı olub.

Hər iki şəxsin mindiyi helikopter çovğun zamanı Əfqanıstanda təcili eniş etməli olub. Marqarita pizza

Tərcüməçi Məhəməd məktubunda yazıb:

"Salam cənab Prezident, məni və ailəmi xilas edin, məni unutmayın".

20 illik Əfqanıstan müharibəsində ABŞ-a kömək edən əfqan tərcüməçi xüsusi miqrasiya vizası (SIV) proqramına qeydiyyatdan keçib, lakin onunla işləyən bir muzdlu işçi müvafiq qeydləri alanda tutulub.

Buna görə də, Kabildə, Həmid Kərzai adına Beynəlxalq Hava Limanında ABŞ əsgərləri təyyarəyə yalnız tərcüməçinin xanımı və uşaqlarının minməsinə icazə verilib.

Məhəmməd "Wall Street Journal"-a verdiyi açıqlamada deyib: "Evimi tərk edə bilmərəm. Çox qorxuram".

Ağ Evin sözçüsü Cen Psaki əməsələyə münasibət bildirib: "Sizi Əfqanıstandan diplomatik kanallarla çıxaracağıq, administrasiyanın bu məsələdə mövqeyi sabitdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!