Bayrağımızın yandırılmasını Paşinyan belə izlədi – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bayrağımızın yandırılmasını Paşinyan belə izlədi – FOTO

Hadisə

15 Aprel 2023 09:10 6564


Xəbər veridiyimiz kimi, ötən gün İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı səhnəyə gətirilərkən, Ermənistan İTV-nin stilisti, tanınmış dizayner, tədbirin təşkilatçılarından olan Aram Nikolyan qaçaraq, qızın əlindən bayrağımızı qapıb və onu yandırıb.

“Yeni Sabah” Axar.az-a istinadən xəbər verir ki, açılış mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib. Onun Bayrağımız yandırılan zaman görüntüsü kameralara tuş gəlib.

Qeyd edək ki, Aram Nikolyan saxlanılaraq, polis bölməsinə aparılsa da, qısa müddətdə azad edilib və polis bölməsinin qarşısına onu dəstəkləmək üçün yığışan ermənilər Nikolyanı "qəhrəman" kimi, alqışlarla qarşılayıblar. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!