Bayram günlərində 6 nəfər yanaraq ölüb

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində 6 nəfər yanaraq ölüb

Hadisə

05 Yanvar 2026 09:27 290


Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib. 

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 46 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Marqarita pizza

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 81 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr zamanı 6 nəfər həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!