Bayram günlərində yol qəzalarında ölənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində yol qəzalarında ölənlərin sayı açıqlandı

Hadisə

05 Yanvar 2026 15:25 389


İlin təhvil olduğu və sonrakı 3 gün ərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Məlumata görə, həmin hadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması və maneəvurma ilə bağlı olub. Belə ki, Nəsimi və Göyçay rayonlarında qeydə alınan toqquşma, eləcə də Goranboy və Astara rayonlarında baş verən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.  Pepperoni pizza

Paytaxtın Xəzər və Yasamal rayonlarında piyadaların və velosipedçinin vurulması hadisələri də qeydə alınıb ki, nəticədə 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Bildirilib ki, bayram tətilinin son günündə ölkə ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

“Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, eləcə də turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir”, - qurumdan qeyd edilib. 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!