Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Novruz bayramı öncəsi vətəndaşlara müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, agentliyə işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
ANAMA bu istəyi anlayışla qarşılandığını bildirərək qeyd edib: pizza
"Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq".
Telegram kanalımız