Bayramov türkiyəli rəsmini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Bayramov türkiyəli rəsmini qəbul etdi

Siyasət

01 Avqust 2024 18:55 949


Avqustun 1-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında beynəlxalq və regional təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən ölkələrimizin iştirakı ilə müxtəlif üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin zəruriliyi qeyd olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!