Bayramov və Fidan dron hücumlarını müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Bayramov və Fidan dron hücumlarını müzakirə etdilər

Siyasət

05 Mart 2026 17:35 375


Martın 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə “Yeni Sabah”a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı, İran İslam Respublikası tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.   Pepperoni pizza

Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb. 

Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub. 

Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

***

16:53

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının XİN rəhbəri Hakan Fidan arasında telefon danışığı aparılıb.

"Yeni Sabah" xəbər verir ki, rəsmilər İranın Azərbaycana dron hücumlarını müzakirə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!