“Bazel“in baş məşqçisi “Qarabağ“dan danışdı: “Düşünmürəm ki...“

saytların hazırlanması

Evə çatdırılma

“Bazel“in baş məşqçisi “Qarabağ“dan danışdı: “Düşünmürəm ki...“

İdman

08 Noyabr 2021 11:54 914


"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel"in baş məşqçisi Patrik Rahmen qrupdakı mövqeləri ilə bağlı danışıb. 

Yenisabah.az xəbər verir ki, turnir cədvəlində 2-ci pillədə qərarlaşan komandanın çalışdırıcısı deyib: 

"Biz "Omoniya" ilə matçda (1:1) qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək. "Çünki "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var".  pizza

Qeyd edək ki, 4 oyundan sonra "Qarabağ" 10 xalla H qrupunda liderdir. "Bazel" 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!