BƏƏ-də öldürülən ravvinin qatilləri Türkiyədə tutuldular

saytların hazırlanması

Evə çatdırılma

BƏƏ-də öldürülən ravvinin qatilləri Türkiyədə tutuldular

Dünya

27 Noyabr 2024 01:43 959


İki gün öncə Birləşmiş Ərəb Əmirliklərində öldürülən yəhudi ravvinin qatilləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) təşkil etdiyi gizli əməliyyatla yaxalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Ravvin Koqanı öldürən üç Özbəkistan vətəndaşının qaçdığı müəyyən edildikdən sonra BƏƏ hökuməti Türkiyədən kömək istəyib. Milli Kəşfiyyat Təşkilatı ravvini öldürən cinayətkarların tutulması üçün işlərə başlayıb. Şəxslər İstanbula enərkən onların mindiyi taksi MİT və polis tərəfindən addım-addım nəzarətə götürülüb. pizza sifarişi

Polis qrupları taksini yoxlanış üçün saxlayıb və BƏƏ tərəfindən axtarılan 3 nəfəri yaxalayıb. Bildirilib ki, ravvini qətlə yetirən 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Abdurrahim və 33 yaşlı Azizbek Kamiloviç cinayət törətdikləri ölkə olan BƏƏ-yə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!