Bekhem cütlüyü ukraynalı uşaqlar üçün ianə toplayır

saytların hazırlanması

Evə çatdırılma

Bekhem cütlüyü ukraynalı uşaqlar üçün ianə toplayır

İdman

09 Mart 2022 12:03 433


"İnter Mayami"nin sahibi Devid Bekhem və arvadı Viktoriya Bekhem ukraynalı uşaqlara dəstək olublar.

Yenisabah.az "Mirror"a istinadla xəbər verir ki, cütlük yardım məqsədilə UNİCEF-lə birlikdə ianə yığımına start verib. Onlar aksiya üçün ilkin olaraq 1 milyon funt sterlinq ödəyiblər.

Bekhem öz "İnstaqram" hesabından açıqlamasında bildirib: "Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olur, ailələr dağılır. Uşaqları çarpayılarından götürürlər ki, gecə ilə evlərini tərk etsinlər. Ukraynada müharibə ikinci həftəyə uzandığından, ailələrin ehtiyacları kəskinləşir. 7,5 milyon uşaq hazırda təhlükədədir. Buraya dərmanlar və ailələrin təhlükəsiz evakuasiyası da daxildir. Buyurun, mənə qoşulun və əlinizdən gələn hər şeyi edin". Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!