Belarus - Azərbaycan oyununa azarkeşlər buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Belarus - Azərbaycan oyununa azarkeşlər buraxılmayacaq

İdman

31 May 2022 12:40 917


Millətlər Liqasının Belarus – Azərbaycan oyununa azarkeşlər buraxılmayacaqlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Serbiyanın “Novosti.rs” nəşri məlumat yayıb.

Məlum olduğu kimi, UEFA Belarus millisinin ML-da üç ev oyununun Serbiyanın Novi Sad şəhərində keçirilməsi haqda qərar verib. Qəzetin yazdığına görə, Slovakiya (3 iyun), Azərbaycan (6 iyun) və Qazaxıstanla (10 iyun) matçlara tamaşaçı buraxılmayacaq. Bu haqda qərarı UEFA verib. Dominos pizza

Qeyd edək ki, Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna səbəb rəsmi Minskin Rusiya - Ukrayna müharibəsində Kremli dəstəkləyən mövqe tutmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!