Belarus fəalın meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Belarus fəalın meyiti tapıldı

Dünya

03 Avqust 2021 14:10 961


Ukraynada mühacirətdə yaşayan belarus fəal Vitali Şişov bu gün səhər saatlarında Kiyevdəki evinin yaxınlığındakı parkda asılmış vəziyyətdə tapılıb.

Yenisabah.az “Reuters”ə istinadən xəbər verir ki, Ukrayna polisi hadisənin qətl, yoxsa intihar olduğunu araşdırmaq üçün cinayət işi açdıqlarını bildirib.

Vitali Şişov belaruslara yaşayış, iş və hüquqi məsləhət sarıdan kömək edən Ukraynadakı "Belarus Evi" qrupuna rəhbərlik edib. Həmkarlarının verdiyi açıqlamaya görə, Şişov keçən il hökumət əleyhinə nümayişlərdə iştirak etdikdən sonra Belarusu tərk edib və həmin vaxtdan özünü daim nəzarət altında hiss edib, hətta dəfələrlə öldürülməklə hədələnib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!