Belçika mətbuatı “Qarabağ”ı təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Belçika mətbuatı “Qarabağ”ı təriflədi

İdman

07 Noyabr 2022 21:08 1374


Bu gün “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşdi. Bu, Belçikanın “Gent” komandası oldu. Püşkün nəticəsinə Belçika mediası operativ reaksiya verib.

Yenisabah.az xəbər verir ki, nieuwsblad.be saytı “Qarabağ” barədə yazı hazırlayıb. “Anderlext” üçün pis xatirə və Azərbaycanın Fergüssonu” adlı yazıda əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fəaliyyətinə toxunulub.

Onun 27 il “Mançester Yunated”in baş məşqçisi işləmiş Aleks Fergüssonla müqayisə edilməsi təsadüfi deyil. Axı, Fergüsson qədər uzun müddətli olmasa da, Qurban Qurbanov uzun illərdir (14 il) eyni komandaya başçılıq edir. Qurban Qurbanovun və məşqçi fəaliyyətinə ötəri nəzər salınıb. Komandanın bugünkü durumu barədə isə sayt yazıb: Sezar pizza

“Qarabağ”da səs-küylü ad tapa bilmərsiniz. Burada azərbaycanlı və bir çox digər əcnəbi millətlərdən futbolçular var. Marko Veşoviç Belqradda “Srvena Zvezda”da təcrübə toplayıb. O, “Torino”, “Riyeke” və “Legiya”da da oynayıb. 31 yaşlı çernoqoriyalı “Qarabağ”da artıq ikinci mövsümünü keçirir.  33 yaşlı milliləşdirilmiş braziliyalı Riçard (Almeyda - red.) “Qarabağ”ın əvəzolunmaz parçasıdır. 

Abdullah Zubir fransalı legionerdir. O, Şotlandiya və Rumıniyadan sonra futbol xoşbəxtliyini Azərbaycanda axtarır. Qurbanlı və Şeydayev komandanın daxili liqada ən yaxşı bombardirləridir”.

Yazıda “Qarabağ”ın 12 oyunun hamısında qalib gələrək hazırda Azərbaycan Premyer Liqasına başçılıq etdiyi bildirilir. Həmçinin komandanın bu mövsüm Avropa Liqasındakı çıxışına toxunulub.

Sonda qeyd edilir ki, “Anderlext” (Belçika) üçün “Qarabağ”ın xoş olmayan xatirəsi var. Brüssel təmsilçisi 2015/16 mövsümü Avroliqanın Bakıda keçirilən qrup oyununda “Qarabağ”a 0:1 hesabı ilə uduzub./Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!