DÇ-2022-də qrup mərhələsininin oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 4 matçdan 2-si artıq başa çatıb. F qrupunda Kanada Mərakeşə uduzub. Xorvatiya isə Belçika ilə heç-heçə edib. Mərakeş qrup lideri, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb.
E qrupunda İspaniya Yaponiya ilə, Almaniya Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir yığmanın pley-off şansı davam edir. pizza
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.
1 dekabr
DÇ-2022, 3-cü tur
F qrupu
19:00. Kanada - Mərakeş - 1:2
Qollar: Nayef Aquerd, 40-avtoqol - Hakim Ziyex, 4, Yussuf En-Nesiri, 23
Ləğv olunan qol: Yussuf En-Nesiri, 45+3 (Mərakeş)
19:00. Xorvatiya - Belçika - 0:0
Telegram kanalımız