Beləcə, Xırdalanda aləm bir-birinə qarışıb...

saytların hazırlanması

Evə çatdırılma

Beləcə, Xırdalanda aləm bir-birinə qarışıb...

Sosial

09 Mart 2019 15:31 1192


İqtisadçı Samir Əliyev son vaxtlar Xırdalan şəhərinin küçələrinin dağıdılması və hazırkı bərbad vəziyyətə salınması ilə bağlı ironik paylaşım edib. Bildirək ki, küçələrin nə üçün bu hala salınması haqda hələlik heç bir rəsmi açıqlama verilməyib və proses aylardır davam edir. “Yeni Sabah” S. Əliyevin paylaşımını təqdim edir:

Xırdalanda ümumşəhər arxeoloji qazıntı işləri uğurla davam edir. Hər küçədə, hər döngədə, hər qapıda qazıntı işlərini müşahidə etmək olar. Hələlik su, kanalizasiya, telefon xətlərindən savayı heç nə tapılmasa da qazanlar həvəsdən düşmürlər, prosesi həvəslə davam etdirirlər. Təəssüf ki bəzi ünsürlər bu prosesə mane olmağa çalışırlar. Məsələn, qazanlar peşman olur 4-5 gün istirahət götürsünlər, həmən gəlirlər ki, qazılmış yerlər asfaltlanıb. Məcbur olub həmin yeri yenidən qazırlar. Bəzən qazıntı işlərini pozmaq üçün asfaltlayanlar işi gecələr görürlər. Nəticədə bir yerin bir neçə dəfə qazılması halları baş verir və müqəddəs iş ləngiyir.

Mən hələ tıxacların onların işini nə qədər ləngitdiyini demirəm. Tıxaclara görə onlar gündüz iş görə bilmirlər, gecələr isə işləməyə təəssüf ki, qanun icazə vermir. Qazıntı işlərinə su, qaz və elektrik xətləri də mane olur. Arxeoloqlarımız haqlı olaraq onları tez-tez kəsirlər. Marqarita pizza

Maşınların təkərləri sanki neft qurğusudur. Küçələri deşik-deşik edirlər. Sürücülər də üç gündən bir yalandan qaçırlar slesarın, elektrikin yanına. Yollar isə maşınlara olan acığını yeni tikilmiş binalara yönəldirlər və onların genişlənməsinə mane olurlar. Qoymurlar ki, binalarda maşın saxlamağa, uşaqların futbol oynamasına yer qalsın.

Beləcə aləm bir-birinə qarışıb. Baş verən prosesləri izləmək üçün insanlar Xırdalana köçürlər. Bu gedişlə Xırdalanda nəinki maşın sürməyə, hətta piyada gəzməyə yer olmayacaq.

Bir sözlə, xırdalana-xırdalana gedirik...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!