Bələdiyyə sədrinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə sədrinə cinayət işi açıldı

Kriminal

21 Oktyabr 2022 11:19 1071


Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Neftçala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı araşdırma aparılıb. pizza

Bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsini bələdiyyə sədri Rövşən Quliyevin mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi açılıb.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!