Bələdiyyə sədrliyinə namizəd seçicilərlə kart oynadı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə sədrliyinə namizəd seçicilərlə kart oynadı - VİDEO

Maraqlı

15 Mart 2024 17:05 1958


Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq davam edir. Marafondan qalib ayrılmaq istəyən namizədlər seçicilərin rəğbətini qazanmaq üçün ən müxtəlif üsullara əl atırlar. 

Yenisabah.az xəbər verir ki, CHP-dən Çanakkale bələdiyyə sədrliyinə namizəd olan Muharrem Erkek son davranışı ilə hamını təəccübləndirib. Təbliğat məqsədi ilə şəhərdəki kafelərdən birinə daxil olan CHP-li gənclərdən kart oynamaq təklifi alıb. Seçicilərin xətrinə dəymək istəməyən Erkek masanın arxasına keçərək, həvəslə kart oynamağa başlayıb. Sonra isə həmin görüntüləri tərəddüd etmədən özünün sosial şəbəkə hesabında paylaşıb.

Maraqlıdır ki, paylaşıma rəy bildirən insanlar onun bu addımını alqışlayıblar. Bu davranışına görə namizədə “xalqın adamı” deyənlər də olub.  Toyuqlu pizza

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!